Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Sosial / Ticarət mərkəzində yanğın zamanı 6 nəfər xəsarət alıb – VİDEO

Ticarət mərkəzində yanğın zamanı 6 nəfər xəsarət alıb – VİDEO

Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 3 nəfər Fövqəlada Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

FHN-nin əməkdaşından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalan 5 nəfər isə tüstüdən yüngül zəhərləndiyindən onlara yerində yardım göstərilib.

Qeyd edək ki, Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub. Fövqalədə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini Oruc Zalov, Çevik Polis Alayının komandiri Səhlab Bağırov və digər rəsmi şəxslər hadisə yerində olublar.  


Həmçinin oxuyun

Yoluxma niyə kəskin artır? – Açıqlama

Koronavirus əleyhinə hazırlanan vaksinlərin əhali arasında tətbiqinə hələ başlanılmadığı üçün bütün dünyada yoluxmaların sayında sürətli …