Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Texniki baxışdan yayınmaq üçün müxtəlif üsulara əl atdılar – Video

Texniki baxışdan yayınmaq üçün müxtəlif üsulara əl atdılar – Video

Texniki baxışdan yayınmaq üçün müxtəlif üsulara əl atan sürücülər aşkar edilib.
Bu barədə DİN-in Baş DYP İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb:
“Məlum olub ki, həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirib və 01-BM-688 qeydiyyat nişanlı “Kamaz” markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir.
Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və  sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradır”.
https://www.youtube.com/embed/0J5szZ-PAr0

Həmçinin oxuyun

Rəqsanə İsmayılova “sələmçi polis rəisinin” onun evini mənimsədiyini deyir

“Nəyə görə Polis İdarəsində işləyən rəis insanlara pul verib, camaatı aldatmalıdır?” Bu sözləri müğənni Rəqsanə …