Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Sosial / Telman Zeynalov: “Qarabağda təbiətin tam bərpası mümkündür, bir şərtlə…”

Telman Zeynalov: “Qarabağda təbiətin tam bərpası mümkündür, bir şərtlə…”

“Ermənistanın ekoloji terroru, o sırada işğaldan azad olunmuş ərazilərimizdə uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması Qarabağın səhralaşmasına səbəb olub”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

O da məlumdur ki, erməni vandalları Qarabağdakı nadir və qiymətli ağacların da kökünü kəsiblər. Bəs Qarabağın füsunkar florasını tam bərpa etmək mümkün olacaqmı? Buna nə qədər zaman və vəsait lazım ola bilər? O da məlumdur ki, fauna (heyvanat) birbaşa floraya  (nəbatat) bağlıdır.

Tanınmış ekoloq alim, Beynəlxalq Mətbuat Mərkəzində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov  mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.  Telman Zeynalovun sözlərinə görə, məhv edilən təbiətin tam bərpası mümkün deyil: “Yalnız o halda mümkündür ki, buna əsrlər sərf olunsun, təbiət də zamanla özü-özünü bərpa etsin. Söhbət ondan gedir ki, ermənilər Qarabağda çox sayda kimyəvi və bioloji elementlərdən istifadə ediblər, nəticədə təbiətdə gedən kimyəvi prosesləri tamamilə məhv ediblər. Əlbəttə ki, təbiət tədricən bunların hamısını lazım səviyyədə özünü bərpa edəcək. Lakin  bir şərtlə – insan müdaxilə deyil, köməklik etsin, hər şey nəzarət altında olsun. İmkan verilməsin ki, bir tərəfdə əkib, digər tərəfdən dağıtsınlar. Hər təbiətə, iqlimə xas olan təbii növləri əkib, bərpa etmək lazımdır. Cənab prezidentin sərəncamı ilə bir müddət bundan əvvəl Qarabağa alimlər göndərildi. Su, torpağın deqaradasiyası, iqlimin dəyişdirilməsi problemi, meşə və sairə haqda məlumatları yenidən öyrənib, məlumatları toplayıb dövlət kitabxanasına təhvil veriləcək. Onun əsasında da təbiətin bərpası işləri aparılacaq”.

Səyyarə İbadullayeva — Vikipediya

Səyyarə İbadullayeva 

Biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva da mövzu ilə bağlı danışıb: “Qarabağın təbiətinin bərpa olunması üçün hələ uzun illər lazımdır. Biz botaniklər  hələ təftiş etməmişik, bilmirik ki, ora nə vəziyyətdədir. Bu günə qədər yalnız bilirik ki, çinar ağacları qırılıb. Çünki çinarların sayı məlum idi və araşdıranda məlum olub ki, hamısı qırılıb. Digər bitkilər haqqında nəsə demək çox çətindir. Lazımdır ki, ərazilər minalardan tam təmizlənsin və orada dəqiqə araşdırma aparaq. Əvvəlki floranı müqayisə etdikdən sonra nələrin məhv olduğunu deyə biləcəyik. Bəzi yerlədə yaşayış olmayıb, təbiət orada özü-özünü adaptasiya edib. Lakin bəzi yerlədə ağacları qırıb, yaşıllığı məhv edib, narkotik bitkiləri əkiblər. Bir sözlə, Qarabağın flora və faunasını bərpa etmək üçün bizə uzun illər lazım olacaq”.

Həmçinin oxuyun

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu

Milli Məclisin daha bir  deputatı  – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.Belə …