Ana səhifə / Sosial / Tarixin təkrarı: SSRİ də belə sevinirdi, sonu pis oldu

Tarixin təkrarı: SSRİ də belə sevinirdi, sonu pis oldu

Rusiya Donald Trampın prezident seçilməyinə sevinməyə bir az tələsib.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı iqtisadçı Slava Rabinoviç paylaşıb.

O, Trampın Rusiya üçün xeyirli prezident olacağını söyləyən ekspertlərə tarixi faktla cavab verib:

“Amerika Prezidenti Cimmi Karter ABŞ olimpiya yığmasına 1980-ci ildə Moskvada keçiriləcək olimpiadada iştirak etməyi qadağan etdi. Moskva olimpiadasının boykotuna bir çox ölkə qatıldı. Bununla nüvə silahına sahib SSRİ ilə birbaşa hərbi toqquşmaya getməyi arzulamayan ölkələr sovet qoşunlarının Əfqanıstana girməsinə etiraz etdilər. Sonradan Cimmi Karter prezident seçkisində respublikaçı Ronald Reyqana uduzdu.

Moskvada hər kəs Reyqanın qələbəsinə sevinirdi. Reyqan hakimiyyətinin 7-ci ilində Berlin divarları qarşısında tarixi çıxışını etdi və dedi: “Baş katib Qorbaçov, bu qapıları açın! Bu divarları yox edin!” İki il sonra Berlin divarları söküldü və bütün Varşava Müqaviləsi bloku parçalanmağa başladı. Cəmi iki il sonra isə SSRİ adlı şər imperiyası özünün Siyasi Bürosu, KQB-si və ordusu ilə birlikdə yox oldu. ABŞ isə növbəti iqtisadi çiçəklənməni yaşadı. Hər şey isə Siyasi Büronun Reyqanın Karter üzərində qələbəsinə sevinməsindən başlamışdı”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın