Çərşənbə , Mart 29 2023
Ana səhifə / Sosial / Tarixi binanın damında qanunsuz tikili söküldü – “Ərazi nəzarətə götürülüb“

Tarixi binanın damında qanunsuz tikili söküldü – “Ərazi nəzarətə götürülüb“

Bakının mərkəzində memarlıq abidəsi sayılan binanın damında aparılan tikinti işləri dayandırılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. 

Müəyyən olunub ki, İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa olunmuş tarixi memarlıq abidəsi olan həmin binanın dam örtüyündə binanın sahibkarı tərəfindən mansard inşa olunur.

Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib.

Kommunal-təsərrüfat birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər:

“Hazırda həmin yer sökülür. Ərazi ciddi nəzarətə götürülüb”, – deyə BŞİH-dən bildirilib.

Həmçinin oxuyun

“Rövşən Nəcəf şikayətlərə məhəl qoymur”

“Hər ay maaşımızdan həmkarlar təşkilatının hesabına bir faiz köçürülür. Guya könüllü olaraq üzvlük haqqı köçürürük. …