Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / Tanınmış yazıçı “Araz ” marketlər şəbəkəsinin dələduzluğundan yazdı

Tanınmış yazıçı “Araz ” marketlər şəbəkəsinin dələduzluğundan yazdı

Tanınmış yazıçı Nadir Qocabəyli “Araz” supermarketlər şəbəkəsinin fırıldağından yazıb. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

“Hövsanda ARAZ marketlər şəbəkəsinin iri bir hipermarketini açıblar. Bayaq girdik görək necədir, nə var, nə yox…

İnsafqən zahirən çox gözəldir, yaxşı təşkil və dizayn olunub. Təmiz və səliqəlidir, çeşid də boldur. Söz soruşanda hələ ki normal cavab verirlər. Bunlar ilk baxışda müşahidə etdiyim müsbətlərdir.

Amma mənfilər də az deyil. Qiymətlər adi mağazadakılardan bahadır. Daha bahalı malların ümumiyyətlə üstündə qiyməti yoxdur. Bəzi malların üzərinə “endirimli” yazılıb, amma qiymət vurulmayıb. Soruşursan neçəyədir, məlum olur ki, heç endirimli-filan deyil. Vitrindəki qiymətlərlə kassadakı qiymətlər arasında fərq var. Məsələn, götürdüyümüz “Reksona” antiperspitantının üzərində 2.78 yazılsa da, kassada məlum oldu ki, 3.89-dur. Etiraz elədim və geri qaytardım. Kassir qız “müəllim” deyə gənc, dazbaş, səliqəli. simpatiçni oğlanı çağırıb, problemi söylədi. O, qulağındakı telefona fasiləsiz nəsə deyə-deyə yaxınlaşıb, malı götürdü, klaviaturada nəsə yazdı və səssiz-səmirsiz aralanmaq istəyəndə dedim ki, mən bu malı prinsipial olaraq qaytarıram, aldanmaqdan xoşum gəlmir. Yalnız bundan sonra “biz heç kimi aldatmırıq” deyərək uzaqlaşdı…

Mən də daha heç nə deməyib, “yəqin bunların aləmində bu, adam aldatmaq deyil…” düşündüm…

Görəsən, bunlarda aldatmaq neçə manatdan başlayır, yaxud hansı variasiyalarda təcəlla edir?..”

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …