Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Tanınmış qədim məktəb bərbad vəziyyətdədir… – FOTOLAR

Tanınmış qədim məktəb bərbad vəziyyətdədir… – FOTOLAR

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Bu fikir ümummilli liderimiz H.Əliyevin məktəbə, müəllimə verdiyi dəyərin göstəricisi idi. Bir çox regionlarımızda məktəblərin təmiri və ya yenidən tikilməsi ölkə rəhbərinin də bu sahəyə diqqətinin yüksək olduğunu göstərirdi.

Görülən işlərə baxmayaraq, hələ də məktəblərdəki təmir-tikinti ilə bağlı problem tam həll olunmayıb. Hələ də istifadəyə yararsız halda, uçulub-dağılmış, darısqal, müasir tələblərə cavab verməyən məktəblər qalmaqdadır. Bu günlərdə Quba rayonunun Digah kənd sakinləri F.Həmzəyev adına məktəbinin, tamamilə, yararsız vəziyyətdə olması barədə Sputnik Azərbaycan-a müraciət ediblər.

Здание средней школы в селе Дигях Губинского района
Quba rayonunun Digah kəndində orta məktəb

Kənd sakini Adil Qurbanov bildirib ki, 400-ə yaxın şagirdin təhsil aldığı məktəb, demək olar ki, ömrünü çoxdan başa vurub: “Məktəbin şüşələri yox kimidir. Pəncərələrin çoxunda şüşə “klyonka” ilə əvəz edilib. Tavan və döşəmələr isə bərbad vəziyyətdədir. Uşaqlar döşəmənin üzərində gəzməyə qorxurlar. Qorxmalarına da əsas var. Artıq bir neçə şagirdin ayağı qırıq döşəmənin arasına düşərək, ya qırılıb, ya da əzilib. Məktəbdə elə yerlər var ki, oradan uşaq stul qarışıq yıxıla bilər. Bu yaxınlarda kənd sakini Elşən Kərimovun övladının ayağı qırıq döşəmələrin arasında qalaraq qırıldı. Belə şəraitdə hansı uğurlu təhsildən danışmaq olar?!”.

A.Qurbanovun sözlərinə görə, məktəbdə “bufet”in adı olsa da, fəaliyyəti yoxdur: “Məktəbin problemləri bununla da bitmir. İstilik sisteminin yox səviyyəsində olması şagirdlərin dərslərdən yayınmasına səbəb olur. Siniflərdə odun sobası qurulub. Hər bir uşaq gündəlik iki və ya üç odun gətirib sobada yandıraraq, sinfi və özlərini isidirlər. Hər uşaqdan da 2 manat odun pulu yığılır. Buna baxmayaraq, uşaqlarımız qızına bilmirlər.”Здание средней школы в селе Дигях Губинского района

Quba rayonunun Digah kəndində orta məktəb

Sözügedən məktəb 2 korpusdan ibarətdir. Əsas korpus 1969, yardımçı tikili isə 1923-cü ildə tikilib. Köhnə binada yalnız kitabxana yerləşir. Burada hər tərəf natəmizlikdir. Valideynlərin bu məktəbə uşaq qoymaq istəməmələri başadüşüləndir. Sanitar qovşağının olmaması antisanitar şərait yaradır. Binanın üz fasadı suvansa da, daxili bərbad haldadır”.

Daha bir kənd sakini Üzeyir Məlikməmmədov da məktəblə bağlı şikayətini bildirib: “Məktəbin ən dəhşətli hissəsi ayaqyoludur. O qədər pis vəziyyətdədir ki, şagirdlər oradan istifadə edə bilmirlər. Qızlar üçün olan ayaqyolunun qapısı belə, yoxdur. Yuxarı siniflərdə oxuyan qızlar məktəbin yaxınlığında yerləşən evlərin ayaqyolusundan istifadə edirlər. Bu vəziyyətə görə qızlarımızı 9-cu sinfi bitirər-bitirməz təhsildən ayırırıq. Ya biz onları aparıb başqa məktəbə qoymalıyıq ki, buna da imkanımız yoxdur. Ya da uşaqlarımız bu biabırçılıqla oxumalıdırlar”.

  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района
  • Здание средней школы в селе Дигях Губинского района

Məsələ ilə bağlı Quba Rayon Təhsil Şöbəsinin rəhbəri Rufət Hacıyevin fikirlərini öyrənməyə çalışdıq. O bildirdi ki, məktəb binasının bərbad vəziyyətdə olması barədə xəbərdardırlar. Lakin nə zaman təmir ediləcəyindən və ya yeni məktəb binasının tikiləcəyi ilə bağlı isə heç bir məlumatları yoxdur: “Məktəbin adını qəzalı olan məktəblərin sıyahısında qeyd edib, Təhsil Nazirliyinə göndərmişik. Amma məktəbin bu il və yaxud nə zaman təmir olunacağı haqda heç nə bilmirik” .

Digah kənd sakinlərinə səbir diləyir, problemin tezliklə həll olunacağına ümid edirik.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …