Cümə , Noyabr 27 2020
Ana səhifə / Sosial / Taksilərdə qiymət artımı olacaqmı? – VİDEO

Taksilərdə qiymət artımı olacaqmı? – VİDEO

Taksi sürücüləri artıq “Azərpoçt”dan da fərqlənmə nişanını əldə edə biləcəklər. 

Baku.Tv xəbər verir ki, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılıb. 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat Katibi Nuridə Allahyarovanın sözlərinə görə, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib:

“Vəziyyətdən sui-istifadə etmək istəyən şəxslərə fərqlənmə nişanı verilməyəcək. Son altı ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək”.

DANX rəsmisi süni qiymət artımına da münasibət bildirib:

“Bakı Taksi Xidməti”nə məxsus London taksilərini çıxmaq şətrilə, digər taksi xidmətlərində qiymətləri fərdi sahibkarlar müəyyən edir. Amma bununla belə qiymət artımı müşahidə olunduqda vətəndaşlar “16-55” Çağrı Mərkəzinə müraciət edə bilərlər”.

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …