Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / Taksilərdə gediş haqqı artırıldı – VİDEO

Taksilərdə gediş haqqı artırıldı – VİDEO

Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Bu il Novruz Bayramı günündə isə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

Bayram günü olsa da, bölgələrə sərnişin daşıyan taksilərdə qiymət artımı yoxdur.

Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Taksi fəaliyyəti ilə məşğul olanların sözlərinə görə, bu il Novruz Bayramı günündə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

Taksi sürücüləri deyirlər ki, bu il vətəndaşlar bayramdan 4-5 gün əvvəl rayonlara üz tutublar. Buna səbəb də ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı olub.

Sərnişinlər də qiymətlərin dəyişmədiyini söyləyiblər.

Taksi sürücüləri bildiriblər ki, yaxın günlərdə də qiymətlərin dəyişəcəyi gözlənmir.

Həmçinin oxuyun

Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir – FOTO

Bakının Nəsimi rayonunun 28 May və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində yeraltı qaz xəttində təmir işləri …