Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Taksi sürücüləri ilə bağlı qayda sadələşdirildi – VİDEO

Taksi sürücüləri ilə bağlı qayda sadələşdirildi – VİDEO

Fərqlənmə nişanının verilməsi proseduru sadələşdirilib. Yeniliyə əsasən bundan sonra sürücülərin bir neçə ünvana getməsinə ehtiyac qalmayacaq. Bütün əməliyyatlar bir mərkəzdə – ilkin olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılacaq. Əvvəllər bir neçə gün vaxt itirən sürücülər bundan sonra 2 saata işlərini yekunlaşdıra biləcəklər. Bu, paytaxtda fəaliyyət göstərən taksilərə isə şamil edilməyəcək..

Fərqlənmə nişanının əldə edilməsi asanlaşır.

Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedurun təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib. Bundan sonra avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər daha rahat şəkildə  “Fərqlənmə nişanı” ala biləcəklər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinın mətbuat katibi Nuridə Allahyarova “Xəzər Xəbərİə bildiri ki, fərqlənmə nişanı əldə etmək istəyənlər əvvəlcə baki beynəlxalq avtovağzal kompleksində məlumat mərkəzinə müraciət etməlidirlər.

Nuridə Allahverdiyeva vurğuladı ki, yenilik sui-istifadə hallarının qarşısını da alacaq.

Pilot Layihənin gələcəkdə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …