Cümə axşamı , May 23 2024
Ana səhifə / Sosial / Taksi qəhətə çəkilir, metro və avtobusda isə basabas: Vətəndaşı kim düşünəcək?

Taksi qəhətə çəkilir, metro və avtobusda isə basabas: Vətəndaşı kim düşünəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir neçə gün öncə məlumat yayıb. “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər”, – deyə qurumun yaydığı məlumatda deyilir. 

“28 May” metrostaniyası yaxınlığından “manatlıq” taksilərin yığılması ilə digər ictimai nəqliyyat növləri – avtobus və metroda bir neçə həftədir ki, sıxlıq artıb.

Taksi sayına məhdudiyyət qoyulması ilə bu nəqliyyat vasitələrinin üzərinə yenidən əlavə yük düşəcək.

Əslində taksilərin azaldılması, “manatlıq” taksilərin “28 May” stansiyası yaxınlığından yığışdırılması şəhərdaxili yollarda tıxacların azalmasına hesablanıb.

Lakin bu qərarlar avtobus və metronun yükünü artırır. Əvvəllər yalnız günün pik saatlarında avtobus və metroda sıxlıq görünürdüsə, indi artıq istənilən saatda insan “seli” görmək mümkündür. 

Əvvəllər “Ulduz” metrostansiyasında 1 nəfər belə görəndə təəccübləndirdiksə, indi bu stansiyanın özündə belə sıxlıq var. Hətta sıxlıq görməyəndə təəccüblənirik. 

“Sıxlıq bu stansiyalarda daha çoxdur” deyə ayırd etmək də çətindir. Çünki günün bütün saatlarında bütün stansiyalarda sıxlıq görmək mümkündür. Taksilərə qoyulan məhdudiyyət bu sıxlığı daha da artıracaq. Bu səbəbdən köməyə yalnız qatarlar arasındakı intervalı azaltmaq, avtobus sayını artırmaq çata bilər. Həmçinin, bəzi marşrut xətti üzrə avtobus sayını artırmaq da sıxlığın qarşısını almaqda faydalı addımlardan biri ola bilər. 

Müşahidələrimizə əsasən deyə bilərik ki, bəzi marşrut xətti üzrə avtobus azlığı vətəndaşların saatlarla dayanacaqa qalmasına gətirib çıxarır. Digər tərəfdən, taksi sayının azaldılması ilə taksi şirkətləri də qiyməti bahalaşdıracaq. Burada da zərər çəkən yenə vətəndaş olacaq. Şəhərdə tıxacı aradan qaldırmaq üçün görülən addımlar alqışlanır, lakin ictimai nəqliyyatla bağlı digər problemlərin həlli daha faydalı olardı. 

Həmçinin oxuyun

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə …