Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / Taksi fəaliyyətinə dair yeni tələblər

Taksi fəaliyyətinə dair yeni tələblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən taksi daşımaları ilə bağlı normativ hüquqi akt layihələri, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, sürücü barədə məlumatların siyahısı hazırlanıb, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məlumat verib.

O bildirib ki, sözügedən sənədlər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən elektron formada müvafiq icazə veriləcək. APA

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …