Milli Məclis bu gün, iyulun 14-də avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair dəyişikliklər qəbul edib.
Qanuna əsasən, taksi fəaliyyəti üçün rüsum və cərimələr də təsdiqləndi.
Oktyabrın 1-dən tətbiq ediləcək dəyişikliklərə əsasən, aşağıdakı normalar qəbul edilib:
Taksi keçid kartı: 25 AZN
Sərnişindaşıma vəsiqəsi: 125 AZN
Taksi şirkəti tələbi pozarsa: 20 000 AZN
İcazəsiz fəaliyyət: 40 000 AZN
Sərnişin və yükdaşıma sahəsində hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar: 2 000 AZN cərimə
Buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyan vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə
Beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları üçün operatorlara icazələr: 250 manat
Keçid kartının verilməsi: 75 manat
Taksi dispetçerinin fəaliyyətinə icazə: 3000 manat