Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Tahir Süleymanov milləti aldadıb, pul qazanır” – Deputatdan həmkarına sərt ittiham

“Tahir Süleymanov milləti aldadıb, pul qazanır” – Deputatdan həmkarına sərt ittiham

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə Milli Məclisin digər üzvləri Tahir Süleymanov arasında mübahisə dərinləşir.

Xatırladaq ki, Fəzail Ağamalı deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovun un istehsal edən şirkətlərə sahib olduqlarını xatırladaraq, onları qiyməti süni şəkildə qaldırmaqda ittiham edib.

Tahir Süleymanov isə “yaxşı olardı ki, hər kəs bildiyi məsələdən danışsın” deyərək, F.Ağamalını qiymət məsələsindən bixəbər olmaqda qınayıb.

Deputat Fəzail Ağamalı Modern.az-a yeni açıqlamasında həmkarının fikirlərinə bu cür münasibət bildirib:

“Tahir Süleymanova mən gedib Milli Məclisdə deyəcəm ki, unun qiyməti qalxıb, ya qalxmayıb.  Bəs unun qiyməti qalxmayıbsa, Siyəzən camaatı nəyə görə ayağa qalxdı? Ümumiyyətlə, Tahir Süleymanovun bildiyi heç bir şey yoxdur. Onun bircə bildiyi şey camaatı, milləti aldadıb pul qazanmaqdır”.

mia.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın