Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Tahir Kərimlinin qadınların geyimilə bağlı iradına cavab: “Kim necə geyinir, onun şəxsi işidir”

Tahir Kərimlinin qadınların geyimilə bağlı iradına cavab: “Kim necə geyinir, onun şəxsi işidir”

“Mən hörmətli deputatımız Tahir Kərimlinin bu fikri barədə heç nə deyə bilmərəm.  Dünyada nə qədər insan varsa, o qədər də xarakter var, hər ailənin öz qanunları var.  Ailə  üzvləri bir-birinə qarşılıqlı hörmət göstərməli,  bir-birinə güzəşt etməlidirlər. Ailədə  tolerantlıq, qarşılıqlı dözümlülk olmalıdır. Bunlar olmasa, ailədə ciddi problemlər olar.  Mən Tahir Kərimlinin fikirlərini  başa düşmədim. Hər kəsin öz qayda-qanunları var. Bu, doqma deyil. Bundan düstür çıxartmaq olmaz”.

Bu sözləri “Yeni Sabah” a millət vəkili Məlahət İbrahimqızı həmkarı Tahir Kərimlinin “Qadınlar xaraketrimizə uyğun geyimlər geyinməlidir” fikrinə münasibət bildirərkən deyib.

“Qadınların açıq saçıq geyinməsinə münasibətim budur ki, hamının öz hüququ var. Hüquq və azadlıqlar konstitusion normalar əsasında müəyyənləşsə də, buna əlavə olaraq da insanların öz düşüncələri var. İndiki məqamda heç kəs öz düşüncəsini başqasına sırımamalıdır.  Hər kəs bir-birinə qarşılıqlı hörmətlə yanaşmalıdır.  Kim necə geyinir, onun şəxsi işidir.  Mən  başqa cür geyinmirəmsə, deməli, özümü haqlı bilməyim, və ya  kim necə geyinirsə, özünü haqlı bilməsi doğru  deyil”.

Millət vəkili əlavə edib:

“Mənim qız yox, 3 oğulum var.  Hər şeyin bir  sərhədi var. Biz azərbaycanlıyıq.  Bəlkə, mən geridə qalmış düşüncənin daşıyıcısıyam?! Mənim geyimim kimin üçünsə norma olmalı deyil. İndi 21-ci əsrdir.  Hər kəs öz zövqünə uyğun geyinir. Əlbəttə, biz milli dəyərlərimizin daşıyıcısı olmalıyıq.  Əsrlər boyu babalarımız, nənələrimiz bizim üçün gözəl örnəklər miras qoyub. Hər kəs öz məsuliyyətini öz zövqünə uyğun hiss edir”.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …