Cümə axşamı , May 23 2019
Ana səhifə / Sosial / Tahir Kərimli hökumətə müraciət etdi: “İşçiləri 12-15 saat işlədirlər”

Tahir Kərimli hökumətə müraciət etdi: “İşçiləri 12-15 saat işlədirlər”

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin Milli Məclisdəki müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli Azərbaycanın neftdən asılı olan ölkələr arasında ən yaxşı göstəricilərə malik olduğunu bildirdi.

O, eyni zamanda problemlərdən də bəhs etdi: “Biz bilirik ki, vergi tələbləri yerinə yetirilməyib. Bu da əmək intizamına, istehsalat intizamına əməl edilməməsi ilə bağlıdır. Bütün ölkədə, kütləvi halda müşahidə edirik. İşçilər şənbə, bazar günləri, 12-15 saat işlədirlər. Hətta bizim bu günlərdə böyük bayram günümüzdə də fəhlələr işlədilirdi, özüm gözümlə gördüm, onların yanına getdim. Bunun nəticəsində ölkədə “qara mühasibatlıq” meydana gəlir və vergi ödənişləri azalır. Odur ki, yeni hökumətin bu məsələni nəzarətə götürməsini xahiş edirəm”.

Tahir Kərimli insanların iş yerlərində istismarından da bəhs etdi: “Biz tarix kitablarından oxuyurduq ki, 17-18-ci əsrlərdə insanlar 8 saatlıq iş uğrunda mübarizə aparıblar. Ancaq indi bizim vətəndaşlar 12-15 saat işləməyə vadar olurlar. Çünki onlar daha çox işləməklə ailə saxlamaq istəyirlər. Biz bu insanlara normal əmək haqqı versək, onlar artıq işləməyə ehtiyac görməzlər. Bizdə varlı təbəqə ilə kasıb təbəqə arasında çox böyük fərq var. Bunu aradan qaldırmaq, orta təbəqəni formalaşdırmaq lazımdır”.

Həmçinin oxuyun

Fərdi yaşayış evi necə sənədləşdirilməlidir? – ŞƏRH

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. Bununla bağlı mətbuata açıqlama verən …