Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Tahir Kərimli diz çökməyə vərdiş edib”

“Tahir Kərimli diz çökməyə vərdiş edib”

“Kim ki, torpaqların verilməsində AXCP hakimiyyətini günahlandırırsa, o, başından böyük qələt edir”.
Bunu Moderator.az-aaçıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseynli Tahir Kərimlinin “Milli Məclisdə diz çöküb yalvardım ki, gəlin prezident seçkilərini parlamentdə keçirək. Yoxsa torpaqlarımızı itirəcəyik. Şuşa, Laçın və digər torpaqlarımız gedəcək” fikrinə münasibət bildirərkən deyib.
P.Hüseynli daha sonra qeyd edib ki, belə bir hadisə olduğunu xatırlamır: “Əbülfəz Elçibəy heç Milli Məclisin üzvü  olmayıb ki, Tahir Kərimli diz çöküb ona yalvarsın. Görünür ki, Tahir Kərimli ümumiyyətlə diz çökməyə vərdiş edib”.
Qeyd edək ki, Vəhdət Partiyasının sədri, millət vəkili, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli Moderator.az – a müsahibəsində Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşərkən AXC iqtidarı haqqında bəzi məsələləri dilə gətirib: “Hakimiyyət çox zəif idi. Xocalıda baş verənlərdən dəqiq məlumatı yox idi. Hakimiyyət içində də hərə öz oyununu oynayırdı. Kim idi dövlət, xalq, torpaq düşünən. Bi tərəfdən də Xalq hərəkatı. Məsələn, sizə bir şey deyim. Moskva o zamankı Azərbaycan rəhbərliyinə yardım edib topraqlarımızı azad  edəndə bu Xalq hərəkatı liderlərinin bir çoxunu qıcıqlandırırdı. İstəmirdilər ki, o vaxtkı hakimiyyət bunu etsin. Qorxurdular ki, əgər hakimiyyətdəki şəxs bunu edərsə, xalq arasında mövqeyi möhkəmlənəcək və o hakimiyyətə gələ bilməyəcək. Xüsusən Çaykənd əməliyyatı zamanı Xalq hərəkatının bir sıra liderləri bu əməliyyatın əleyhinə açıqcasına çıxırdırlar. Bax belə məsələlər var idi”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın