Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Tahir İmanov arzusuna çatdı – Mərkəzi küçəyə babasının adı verildi

Tahir İmanov arzusuna çatdı – Mərkəzi küçəyə babasının adı verildi

Bakıda tanınmış bəstəkar Süleyman Ələsgərovun adının veriləcəyi küçə müəyyənləşib.

Moderator.az xəbər verir ki, bu barədə Azvision.az -a bəstəkarın nəvəsi, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.Onun sözlərinə görə, Süleyman Ələsgərovun adının verildiyi küçə Uzeyir Hacıbəyov adına Musiqi Akademiyasının yanındadır. 
“Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirə gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi”. 
Qeyd edək ki, Əməkdar artist Tahir İmanov bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib. Ölkə başçısı onun təklifinə müsbət cavab verərək Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib. 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …