Çərşənbə , Mart 27 2019
Ana səhifə / Sosial / Tağıyevin heykəli bu ünvanlardan birində qoyulacaq

Tağıyevin heykəli bu ünvanlardan birində qoyulacaq

İncəsənət xadimlərinin prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə səsləndirilən təkliflər üzrə müvafiq tapşırıqlar verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bəhram Bağırzadənin təklifi üzrə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırılması üçün nəzərdə tutulan yerlərin bəziləri məlum olub.

Belə ki, aktyorun səsləndirdiyi Kukla teatrının qarşısındakı bağ da variantların sırasındadır. Bundan başqa Qız qalasının yanındakı ərazi və “Sovetski”dəki yeni qurulan park da nəzərdən keçirilir. Memarlar İttifaqı da prosesə cəlb olunub. Paytaxt ərazisində bir neçə yerə baxış keçirilir.

Eyni zamanda, Tahir və Cabir İmanovların babaları Süleyman Ələsgərovun adına küçə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verilib. Artıq qurumun əməkdaşları uyğun küçənin tapılması üçün axtarışlara başlayıblar.

Həmçinin oxuyun

Vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir – VİDEO

Bu gün Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı yayılan videolardan biri ciddi müzakirə …