Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Tağı Əhmədovun sədr olduğu YAP təşkilatının yeni binası – FOTOLAR

Tağı Əhmədovun sədr olduğu YAP təşkilatının yeni binası – FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi olub.
Açılış mərasimində baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının prezident İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. YAP Yasamal rayon təşkilatının daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb.
Tədbirdə məlumat verilib ki, binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı, gənclər, arxiv otaqları, texniki və digər otaqlar, böyük və kiçik konfrans zalları fəaliyyət göstərir. Otaqlar və zallar zəruri avadanlıqla təchiz olunub.
Açılış mərasimində Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, YAP-ın Yasamal təşkilatının sədri Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdur.
 
Mahir Məmmədli
Musavat.com












Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın