Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı

Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı

Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.

” Azinforum.az ” xəbər verir ki. bu barədə AzVision.az-a T.Rüstəmxanlı özü məlumat verib.

Bildirib ki, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.

Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib .

Qeyd edək ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası Mirkişili Tahir Famil oğlunun namizədliyini irəli sürüb.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın