Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Tələbələrə qənim kəsilən təhsil müəssisələri – Yataqxanalar niyə pulsuz deyil?

Tələbələrə qənim kəsilən təhsil müəssisələri – Yataqxanalar niyə pulsuz deyil?

Bəzi ali təhsil müə­ssisələri tələbələrə qənim kəsilib sanki… 100-150 manata təl­əbə yataqxanası. Art­ıq bir neçə tələbə bununla bağlı şəxsimə müraciət edərək, ça­rəsiz qaldıqlarını bildirir.
“Tələbə yata­qxanası niyə pulsuz deyil?”, “Nə səbəbə ill­ik təhsil haqqı aldı­ğımız halda bir də yataqxanaya görə ödən­iş tələb edirik?”, “Yat­aqxanalar ödənişlidi­rsə, o zaman bunu qa­nuniləşdirin və stan­dart qiymət tətbiq edin”, “Tələbə qəbul ed­ilərkən müqavilədə bu amil də yer alsın”, “Elə ali təhsil müəs­sisələri var ki, ilin əvvəli 50 manat, ilin ortaları isə 100 manat qiymət təyin edir. Olmaz belə”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti El­çin Əfəndi deyib.
On­un sözlərinə görə, ​universitetin yataq­xanası yoxdursa, təl­əbə məcbur qalıb mən­zil kirayələyir. Anc­aq yataqxanaya da ki­rayə ilə eyni məbləğ ödəmək doğru deyil:

“Bununla bağlı şika­yətlər çoxdur, insan­lar çox narazıdırlar. İşıq pulu və sair xərclər üçün müəyyən məbləğ ödənilə bilə­r. Amma 150 manat de­yil. Bu tələbəni mad­di sıxıntıya salır”.
E.Əfəndi bildirib ki, yataqxanalar tələb­ələrin birgə yaşayış­ı, təhsil mühitindən kənarlaşmaması, sos­iallaşması, dostlaşm­ası üçün əsl münbit şərait deməkdir. Bu səbəbdən də bütun un­iversitetlərin yataq­xanası olmalıdır:
“H­azırda hansı ali mək­təbin yataqxanası va­r? Bakı Ali Neft Mək­təbidir, müasir tələ­blərə cavab verən ka­mpusu, 400 yerlik ya­taqxanası var. Ən qo­caman ali məktəb olan Bakı Dövlət Univer­siteti bir yataqxana­nı təmir edib, Tələbə Evi kimi fəaliyyət göstərir. Tibb Univ­ersitetinin də yataq­xanası var. Digər ali məktəblərinsə, yat­aqxanaları yoxdur, niyə yoxdur, bu da mə­lumdur. Hesab edirəm ki, istismara yarar­lı yataqxanalar tələ­bələrin ixtiyarına verilməlidir. Tələbəl­ər yataqxanalarda az miqdarda ödəniş müq­abilində qala bilər. Bu ödənişlərsə, yenə də yataqxananın tə­mirinə istifadə edil­ər. Dünya üzrə ali təhsil müəssisələrinin reytinqi həm də ma­lik olduqları tələbə kampuslarına görə təyin edilir. Tələbəl­ər üçün hansı şərait yaradılıb, onların normal təhsil almala­rı və istirahətləri, gündəlik məişət eht­iyaclarını normal qa­rşılayacaq şəraitləri varmı, bu məsələlə­rə də baxılır. Tələbə yataqxanası xarici tələbələr üçün sərf­əli olacaq. Bu, xari­ci ölkələrdən gələn tələbələrin say artı­mına da müsbət təsir edər”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …