Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Təhsil Nazirliyinin xanım əməkdaşına yeni vəzifə verildi

Təhsil Nazirliyinin xanım əməkdaşına yeni vəzifə verildi

Dünya Azərbaycanlıları Assambleyasında növbəti təyinat olub.
Qurumdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Təhsil Nazirliyinin mütəxəssisi Aygün Qurbanlı təşkilatın strateji tədqiqat , planlaşdırma və araşdırmalar deparatamenti rəhbəri təyin olundu. Bu təyinat Aygün xanımın iş və təhsil karyerasında ilk uğuru deyil.
Bu günə qədər xanım A. Qurbanlı Bakı Baş Gömrük İdarəsində 2012-2014-cü illərdə inspektor vəzifəsində, 2015-ci ildə Diplomatik Akademiyasında professor köməkçisi işləyib. Hazırda O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsilin İnkişafı Proqramları şöbəsi mütəxəssis, həmçinin, Azərbaycan Respublikası Təhsil İnstitutu və UNİCEF Azərbaycanın “3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” birgə layihəsinin layihə koordinatoru vəzifəsində işləyir.
Aygün Qurbanlı Diplomatiya Akademiyasını ictimai siyasət ixtisası üzrə magistr təhsili almış eyni zamanda Yaponiyanın Osaka Universitetində tələbə mübadiləsi proqramı çərçivəsində beynəlxalq ictimai siyasət ixtisası üzrə təhsil alıb.

 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın