Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Təhsil Nazirliyinin xətti ilə 87 uşaq övladlığa verilib

Təhsil Nazirliyinin xətti ilə 87 uşaq övladlığa verilib

2010-cu ildən bu günə kimi Təhsil Nazirliyinin xətti ilə 5-17 yaş arası 87 uşaq rayon/şəhər məhkəmələrinin qərarı ilə övladlığa verilib.

Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqların 45-i oğlan, 42-si isə qızdır.

“Övladlığa götürülən 20 uşağın sağlamlıq imkanları məhdud olub. Ümumilikdə isə 2017-ci ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 6 yaşlı oğlan və 14 yaşlı qız daxil olmaqla 2 nəfər övladlığa verilib. Onlardan 1 nəfəri sağlamlıq imkanları məhdud uşaqdır”.

Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixo-nevroloji uşaq evindən övladlığa verilən 1 nəfər sağlamlıq imkanları məhdud uşağın övladlığa götürülməsi barədə məhkəmə qətnaməsi ləğv edilib.

“Övladlığa götürülmənin ləğv edilməsinin səbəbləri arasında əsasən valideynlərin uşaq tərbiyə etmək üçün təcrübəsinin olmaması, səbirsizlik, laqeyd münasibəti qeyd etmək olar. Qeyd edək ki, uşaqlar əsasən yad ailələrə övladlığa verilib”- nazirliyin məlumatında vurğulanıb.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …