Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Təhsil haqqını ödəyə bilməyən tələbələrə — ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə — ŞAD XƏBƏR

Ali məktəblərin magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bu, tələbə kredit fonduna daha çox maliyyə cəlb etməklə mümkün olacaq. Bu məqsədlə “təhsil haqqında” qanuna dəyişikliklər ediləcək.

Magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bununla bağlı olaraq “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə,bu prosesin tənzimlənməsi üçün Təhsil , Gənclər və İdman Nazirliklərindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın.

Yeni maliyyə mənbələrinin tapılması ilə təhsil haqlarını ödəyə bilməyən tələbələrin problemləri həll ediləcək.Yeni qanun layihəsi Tələbə kredit fonduna daha çox maliyyə cəlb etməyə imkan verəcək.

“Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərin bu ilin sonuna kimi plenar iclasa çıxarmaq nəzərdə tutulub.Yeni qanun layihəsi isə gələn il paramentdə müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …