Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Təcili: Deputat Məmmədov 12 milyon rüşvət verdi, barəsində cinayət işi qaldırıldı

Təcili: Deputat Məmmədov 12 milyon rüşvət verdi, barəsində cinayət işi qaldırıldı

Rusiya İstintaq Komitəsi İvanovo vilayəti üzrə azərbaycanlı diasporunun lideri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədova qarşı cinayət işi qaldırıldığını bəyan edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, deputat İvanovo vilayət Dumasının sədr müavini, İvanovo şəhərinin keçmiş meri Vyaçeslav Sverçkova 12 milyon rubl məbləğində rüşvət verib. Bu faktla bağlı Sverçkovun da barəsində cinayət işi qaldırılıb. Cinayət əməlinin üstünü Federal Təhlükəsizlik Xidmətinin İvanovo vilayəti üzrə idarəsinin əməkdaşları açıb.

İstintaqın versiyasına görə 2014-cü ildə İvanovo şəhərinin meri olarkən Sverçkov azərbaycanlı biznesmen Sərraf Məmmədovdan 12 milyon rubl rüşvət alıb. Bu rüşvətin əvəzində mer Məmmədovun nəzarətində olan firmaların ticarət pavilyonlarının tikintisi üçün icarəyə götürdüyü 37 hektar torpaq sahəsindən istifadəyə görə komission haqqına baxılmasını müsbət həll etməli idi. Habelə mer rüşvətin əvəzində həmin torpaq sahələrində ticarətin aparılmasına icazə verməliydi.

İstintaq İdarəsi Sverçkova qarşı xüsusilə iri məbləğdə rüşvət alma maddəsi üzrə iş başladıb və bu maddə üzrə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.Sərraf Məmmədovun barəsində isə xüsusilə iri məbləğdə rüşvət vermə maddəsi ilə cinayət işi qaldırılıb, bu maddə üzrə onu 7 ildən 12 ilə qədər həbs gözləyir. Lakin Məmmədov istintaqla əməkdaşlıq etsə və merin onu rüşvət verməyə təhrik etdiyini sübuta yetirsə cinayət məsuliyyətindən azad edilə bilər.

Vyaçeslav Sverçkov İvanovo vilayətinin tanınmış dövlət xadimidir. Sərraf Məmmədov isə tanınmış biznesmen və diaspor lideridir. Füzuli rayonunda anadan olub, İvanovo vilayətindəki “Azərbaycan” cəmiyyətinin lideridir.Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Çoxsaylı digər mükafatları da var.

O, 90-cı illərin əvvəllərində biznesə ticarətlə başlayıb, mağazalar şəbəkəsinə sahib olub. Daha sonra istehsala keçib və bir çox istehsal müəssisələri yaradıb. 2002-ci ildən isə “2 nömrəli yük maşınları Avtonəqliyyat Müəssisəsi”nin direktorlar şurasının sədridir. Onun hazırda rəhbərlik etdiyi bu müəssisə nəinki İvanovo şəhərində, eləcə də vilayətdə və Moskvada yük daşımalarında iştirak edir. Müəssənin nəzdində ayrıca bazar da fəaliyyət göstərir.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın