Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Təbrizli tələbələr Qarabağın işğalına görə toplaşacaq

Təbrizli tələbələr Qarabağın işğalına görə toplaşacaq

Aprelin 2-də Qarabağ cəbhəsində baş verənlərə etiraz olaraq küçələrə çıxıb erməni işğalını lənətləyən təbrizli gənclər Azərbaycan Respublikasına dəstək məqsədilə növbəti addımlar atmağa hazırlaşır.

Bu barədə adının çəkilməsini istəməyən güneyli tələbələrdən birinin musavat.com-a verdiyi məlumata görə, məqsəd Ermənistanın Azərbaycan ərazilərini işğalına etiraz etmək və rəsmi Tehranın işğalçı ölkə ilə əlaqələrinin kəsilməsinə nail olmaqdır. Təbriz Universitetində təhsil alan tələbələrin “İslam torpağı” adlı təşkilatı yaxın günlərdə Qarabağdakı son qarşıdurmaları geniş müzakirə etməyi planlaşdırır. Həmçinin tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması barədə həqiqətlərin yayılması nəzərdə tutulur.

“Təşkilat üzvlərinin əsas mövqeyi budur ki, İrəvan Tehranla münasibətlərdə gərək Qarabağın işğalı faktını nəzərə alsın. Ermənistan işğalçı ölkədir, əgər istəyirsə ki, İran İslam Respublikası ilə münasibətləri davam etsin, o halda İslam torpaqlarından çıxmalıdır”-mənbəmiz bildirdi.

Təbrizdəki mənbəmiz əlavə etdi ki, aprelin 2-də Ermənistan orusunun atdığı üç mərminin Xudafərin şəhərinə düşməsi də kəskin etirazlar doğurub və yerli əhalini hiddətləndirib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın