Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / TƏBİB: 50 xəstə süni tənəffüs cihazına qoşulub

TƏBİB: 50 xəstə süni tənəffüs cihazına qoşulub

Azərbaycanda koronavirusla bağlı 7 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6872 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 773 min 051-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 261, süni tənəffüs cihazında olan xəstə sayı 50 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 33 min 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Aktiv xəstə sayı 3197 nəfərdir.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …