Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Tərbiyəsiz böyüyən məmur övladlarının hamısı …” – Millət vəkili

“Tərbiyəsiz böyüyən məmur övladlarının hamısı …” – Millət vəkili

“Prezidentin öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı bəyanatı xalq tərəfindən dəstəklənir və biz də bu çağırışa qoşuluruq”.

Bunu AzNews.az–a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında məmur və onların övladları ilə bağlı səsləndirdiyi fikirini şərh edərkən deyib.

Onun sözlərinə görə, prezident həddini aşan məmurları cəzalandır və bu proses belə də davam etməlidir:

“Son vaxtlar bəzi məmur balalarının atalarına vurduğu zərbələrin şahidi oluruq. Məmur balaları millətin, xalqın taleyindən çox, öz valideynlərinin taleyini düşünməlidir. Ən dəhşətlisi odur ki, bəzi məmurlar övladlarını ərköyün böyüdür. Əslində isə onların övladları vətənpərvər olmalıdır. Bu gün baş verənlərin hamısı əvvəldən qoyulan yanlış tərbiyənin nəticəsidir. Eyni zamanda vaxtından qabaq yaşına uyğun olmayan təminatla bağlı olan məsələlərdir. Biz prezidentin bu çağırışına qoşuluruq. Bu çağırış bütün millətin və xalqın ürəyindəndir. Hətta bəzi məmurların da özlərinin də ürəyindəndir. Yerdə qalanlar işdən çıxarılan hər bir məmurdan öyrənməlidir, onlandan ibrət götürməlidir. Birinin oğlu sürətlə maşın sürür, bir ailəni öldürür, o biri ictimai nəqliyyatda sürücünü döyür və s. Bunlardan bir nəticə çıxarılmalıdr. Məmur düşünməlidir ki, bu məsələ böyüyüb prezidentə çatar və onu cəzalandırarlar. Çox təəssüf ki, bəziləri gözü çıxan qardaşlarından, “podval”a düşənlərdən, vəzifədən qovulanlardan dərs götürmür”.

Fəzail İbrahimli qeyd edib ki, bu məsələ ilə bağlı dəfələrlə Milli Məclisdə müzakirələr aparılıb:

“Dövlət bu insanlara tapşırılır, prezident onlara etimad edib vəzifəyə təyin edir. Bizim kifayət qədər övladı əxlaqlı olan məmurlarımız var. Elə məmurlar var ki, onlar Azərbaycanın ictimai-siyası həyatında mühim rol oynayır. Övladları dövlətin inkişafına təkan verən beynəlxalq təşkilatlarda fəaliyyət göstətir. Bir dəfə də olsun adları hallanmır. Tərbiyəsiz böyüyən məmur övladlarının hamısı valideynlərinin başını yeyəycək. Buna görə də diqqətli olmaq və əxlaq normalarına əməl etmək lazımdır”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında bildirib ki, öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmuru vəzifədən çıxarılacaq.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın