Ana səhifə / Sosial / Tər qoxusu, havasızlıq: Əksər avtobuslarda kondisioner yoxdur (VİDEO)

Tər qoxusu, havasızlıq: Əksər avtobuslarda kondisioner yoxdur (VİDEO)

Havaların anomal isti keçməsindən ən çox təsirlənənlər gündüz vaxtı ictimai nəqliyyatdan istifadə etməyə məcbur olan şəxslərdir. Çünki, paytaxtda hərəkət edən marşurut avtobuslarının əksərində kondisioner yoxdur. Günəşin isitisi, asfaltın istisi üstəlik bunun üzərinə avtobusdakı sıxlıqda əlavə olunduqda vəziyyət dözülməz olur.
Avtobusda oturan sərnişinlər sərinləmək üçün yelpikdən istifadə edirlər. Amma hava o qədər istidir ki, bu da kifayət etmir. Hətta növbəti reysə hazırlaşan avtobus sürücüsüdə halsızdır.
Havaların anomal isti keçməsi kondisionersiz işləyən avtobusların həm sürücüləri, həm də sərnişinləri böyük çətinlik yaradır.Xüsusəndə günorta saatlarında bu çətinlik birazda artır.
Bu isti havalarda avtobusların dayancaqlarda çox dayanmasıda sərnişnlərə daha çox əziyyət çəkməsinə səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin sözünə görə hazırda paytaxta hərəkt edən avtobusların çox cuzi hissəsində sərinləşdirici sistem var . Amma yaxın zamanlarda paytaxta daha 300 kondisonerlər təchiz edilmiş avtobus gətiriləcək və mərhələlərlə bütün avtobusların müasirləri ilə dəyişdirilməsi təmin ediləcək.
Bakı Nəqliyyat Agentliyi bütün maşurut xətti sahibkarlarınada intervala əməl edilməsi üçün göstəriş versə də intervalın qısaldılması məsələsi gündəmdə deyil.

Həmçinin oxuyun

Maaş və pensiyalar artırılacaq – RƏSMİ

Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının …