Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Sosial / Təqaüd verilmə mexanizmi yenilənir – VİDEO

Təqaüd verilmə mexanizmi yenilənir – VİDEO

İndiyədək peşə məktəblərində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə təqaüd ödənilirdi. 2021-2022-ci tədris ilindən başlayaraq isə təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq.

Bu fikirləri təhsil nazirinin müavini İdris  İsayev bildirib.

Nazir müavini deyib ki, akademik göstəriciləri “3”-”5″ arasında dəyişən,  yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal olan tələbələrə 50 manat məbləğində aylıq sadə təqaüd ödəniləcək. Daha yaxşı oxuyan tələbələrin təqaüdləri də yüksək olacaq.

Təhsil nəticələrinə əsaslanan təqaüd sistemi dövlət sifarişi ilə oxuyan tələbələrlə yanaşı, ödənişli əsaslarla təhsil alanlara da şamil ediləcək. Dəyişiklik yeni qəbul olunan tələbələrin təqaüdlərinə də təsir edəcək.

İdris İsayev qeyd edib ki, peşə təhsili alan 23 mindən çox tələbənin 80 faizinə təqaüd verilir.

https://youtube.com/watch?v=IYg2kESRjAo

Həmçinin oxuyun

Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib. Hadisə …