Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

“Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlanacaq

Milli Məclisin Elm və təhsil komitəsi “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib: “Yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürük. Hazırda bununla bağlı dünya təcrübəsini öyrənirik”.
İ.Həbibbəyli əlavə edib ki, ötən il ərzində komitəyə müraciət daha çox işdən çıxarılma, diaqnostik qiymətləndirmə, qaçqın və məcburi köçkünlərin təhsilləri ilə bağlı olub: “Ötən dərs ili ilə müqayisədə bu il təhsil haqları ilə bağlı şikayətlər az daxil olub. Bunun səbəbi də təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması olub”.

Həmçinin oxuyun

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş …