Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Sosial / “Təhsil Nazirliyi bunu deməklə müəllimləri təhqir etdi“ – Etiraz

“Təhsil Nazirliyi bunu deməklə müəllimləri təhqir etdi“ – Etiraz

8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Çox adamda bayram ovqatı olsa da, bayramqabağı əksər xanım valideyinlərin qanları qaralmağa başlayıb. Çünki orta məktəblərdə bayramqabağı şagirdlərdən “ənənəvi” pul yığılması halları yenidən müzakirə olunur.

Bununla bağlı bəzi valideynlər sosial şəbəkələrdə yazaraq 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə övladlarının oxuduğu məktəbdən pul yığıdığını iddia edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil üzrə ekspert Elşən Qafarov bu halı ölkəmizdəki bütün tədris müəssisələrinə aid etməyin düzgün olmadığını deyib:

“Bu kampaniyanın qarşısı iki ildir ki, alınıb, amma buna baxmayaraq, bu il təəssüflər olsun  ki, rəsmi səviyyədə elan olundu ki, məktəblərdə 8 Marta görə pul yığılacaq. Birincisi, məktəbə və müəllimə bu cür yanaşma doğru deyil. İnsanlarda belə bir təsəvvür yaranır, sanki ölkədə tək pul yığılan yer məktəb və müəllimlərdir. Heç vaxt Gömrük İdarəsinin rəisi, yaxud Vergi Müfəttişliyi, yaxud polis idarəsi deməyib ki, ay mətbuat, ay camaat pul yığılacaq, bunun qarşısını alaq. Bunu yalnız məktəbə və müəllimə qarşı edirlər, bu da müəllimin nüfuzunu salmaq üçün aparılan qara PR-dır. Çox təəssüflər olsun ki, buna rəsmi səviyyədə dəstək var”.

E.Qafarov təəssüflə qeyd edib ki, bu cür məsələlərdə tez-tez müəllimlərin adının hallanması onları nüfuzdan salmağa hesablanmış addımdır:

“Əvəlla məktəb tərbiyə müəssisəsidir, bunu izah etməyə ehtiyac yoxdur. Bu gün hansısa valideynin ürəyindən keçib müəllimi təbrik edirsə, bu o demək deyil ki, məktəblərdə kütləvi şəkildə pul yığılır. Bunu Təhsil Nazirliyi səviyyəsində ictimaiyyətə demək, yaymaq, dəlinin yadına daş salmaqdır və müəllimləri təhqir etməkdir. Təsəvvür edin, elə bir psixoloji şərait yaradıblar ki, 5 oktyabr, 8 Mart ərəfəsində müəllimlər məktəbə getmək istəmirlər. Müəllimə üzdəniraq bir şey kimi baxırlar ki, bu müəllimdirsə, pul yığacaq. Müəllim pul yığmır, hansısa valideynin ürəyindən keçib ona bir gül dəstəsi verirsə, nəsə edirsə bu o demək deyil ki, məktəbdən bunu tələb ediblər. Mən özüm də övladımın müəllimini bu gün təbrik etdim. Bayramda həmçinin qızımı, həyat yoldaşımı, bacımı da təbrik edəcəyəm. Burda nə var axı?! Mənim ürəyimdən keçib, gedib gül dəstəsi alıb müəllimi təbrik etmişəm ki, övladım üzərində diqqətiniz, əziyyətiniz var. Bunu bu qədər ictimailəşdirmək Azərbaycan müəllimini, məktəbini gözdən salmağa hesablanmış bir şeydir. Azərbaycan müəllimi ilboyu oturub gözləmir ki, 8 Mart gələcək və mən ordan pul yığacam. Əgər hansısa məktəbdə müəllim pul yığırsa, buna birbaşa rəhbərlik cavabdehdir. Bunu müəllimin üzərinə yıxmaq doğru deyil”.

Həmçinin oxuyun

Ağdam sakini minaya düşdü

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif …