Ana səhifə / Sosial / Təcili! Əliyev-Sərkisyan görüşü razılaşdırıldı

Təcili! Əliyev-Sərkisyan görüşü razılaşdırıldı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrılıqda keçirdikləri görüşlərdə prezidentlərin danışıqların növbəti raunduna razılıq verdiklərini təsdiqləyiblər. Virtualaz.org xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir. “Nazirlər prezidentlərin münaqişənin hərtərəfli nizamlanmasına dair danışıqların iyun ayında keçiriləcək növbəti raunduna razılıq verdiklərini təsdiq ediblər”-bəyanatda deyilir. Bəyanat ATƏT-in saytında yerləşdirilib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 30-da Fransada həmsədrlərlə görüşüb. Ermənistan xarici işlər nazirinin həmsədrlərlə görüşü iyunun 2-də baş tutub. Prezidentlərin iyun ayında harada görüşəcəkləri hələlik açıqlanmayıb. Ancaq ehtimal olunur ki, bu görüş Parisdə baş tutacaq.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın