Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Təbrizin icra başçısı :”Biz çalışmalıyıq ki, Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin”

Təbrizin icra başçısı :”Biz çalışmalıyıq ki, Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin”

İranda səfərdə olan azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı Rəhim Şöhrətifər görüşüblər.

R. Şöhrətifər qeyd edib ki, hər iki dövlətin tarixi bağlılığı var. O, Təbrizin 2018-ci ildə “İslam ölkələrinin turizm paytaxtı” elan olunduğunu xatırladaraq 2019-cu ildə bu adın Bakıya veriləcəyini söyləyib: “Bu, təsadüfi deyil. Çünki bizim tariximizin, mədəniyyətimizin və əhalimizin qonaqpərvərliyi hər iki şəhərə bu adın verilməsinə imkan verib”.

R. Şöhrətifər deyib ki, İrandan Azərbaycana çoxlu sayda turist səfər edir: “Biz çalışmalıyıq ki, bu ittifaqı genişləndirək və Azərbaycandan da İrana gələn çox olsun. Biz istəyirik ki, Azərbaycan hökuməti İrandan gələnlərdən viza almasın, bununla da Təbrizdən Azərbaycana çoxlu sayda turist getsin. Təbriz tarixi cəhətdən İranın ən böyük şəhəridir. Təbrizin tarixi və görməli yerləri çoxdur. Jurnalistlər də çalışmalıdır ki, bu yerlərlə tanış olub, bunları Azərbaycan ictimaiyyətinə, azərbaycanlı turistlərə çatdırsınlar”.

Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək. (APA)

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …

Bir cavab yazın