Bazar , Yanvar 24 2021
Ana səhifə / Sosial / TƏBİB: Vacib işiniz olmadığı halda küçəyə çıxmayın

TƏBİB: Vacib işiniz olmadığı halda küçəyə çıxmayın

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus (COVID-19) infeksiyası ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir. Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir meneə yoxdur”.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …