Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / TƏBİB-dən həyəcan təbili: “Arxa küçələrdə toplaşaraq…”

TƏBİB-dən həyəcan təbili: “Arxa küçələrdə toplaşaraq…”

“Küçəyə çıxma qadağası olmasına baxmayaraq, bəzi vətəndaşlar arxa küçələrdə toplaşaraq, karantin qaydalarını pozur, maskalardan istifadə etmir, sosial məsafəni gözləmirlər”.

Oxu.Az- xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, yaşından asılı olmayaraq, xəstəliyin ciddiliyini dərk etmək lazımdır:

“Elə ailələr var ki, böyüklərdə testin nəticəsi neqativ olur. Ancaq azyaşlılarda hələ də pozitiv testlər aşkarlanır. Yəni uşaqlar xəstələnmədən bu xəstəliyin ötürücüsüdür. Ona görə də uşaqların da həyətlərdə oynadıqları zaman gigiyenik qaydalara raiyət etməsi çox vacibdir”.

Həmçinin oxuyun

Bu şəxslərə iki həftə evdən çıxmaq qadağan edilsin

Ölkəmizdə koronavirusa yoluxma sayı 4 mindən çoxdur. Hər birimiz bu virusun təhdidi altındayıq. Mütəxəssislər faciəvi …