Ana səhifə / Sosial / “Suyun həcmini bir dəfə kanalizasiya tarifinə, bir dəfə də istehlak olunan su həcminə vurmaq manipulyasiyadır”

“Suyun həcmini bir dəfə kanalizasiya tarifinə, bir dəfə də istehlak olunan su həcminə vurmaq manipulyasiyadır”

“Hökumət suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır  – bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldığı an, tarif 1 manatdan  hesablayır. Sayğac onu kanalizasiya və qeyi-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır. Məsələn, sizin ailə ayda 10 kub su işlədib,  onun 1 kubu şəxsi istehlaka, mənzilinizdəki güllərinizi suvarmağa getsə də, həmin 1 kuba da kanalizasiya xidmətinin tarifi əlavə olunmaqla  ödəniş hesablanacaq”.

Bunu ekspert Röv.ən Ağayev deyib.

R.Ağayev bildirib ki, Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir, Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan mimimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur: «Dörd nəfərlik ailə üçün minimum 30 kub işlənir, hətta israfçılıq olmadan belə. Bu 30 manat edəcək. Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı qalmazdı. Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Məmurların vətəndaşın cibindən hiss olunur ki, real məlumatları yoxdur. Müstəqil araşdırmaları qoyuram kənara, özünüzün hələ də az-çox qalan  peşəkar məmurlarınızdan soruşun ki, niyə bu ölkədə az qala 5 ildir ailə büdcələrinin qənaəti mənfi zolağa keçib. Bu göstəricinin hansı real vəziyyətin nəticəsi olduğunu onlar sizə deyəcək… Mənzillərdə istehlak olunan suyun bütün həcmini bir dəfə kanalizasiya tarifinə, bir dəfə təzədən istehlak olunan su həcminə vurmaq manipulyasiyadır – tariflərlə manipulyasiya. Fərqi yoxdur, sizin istehlak etdiyiniz 10 kubu bir dəfə 30 qəpiyə vurub  kanalizasiya, bir dəfə də 70 qəpiyə vurub umumi istehlak məqsədli su üçün ödənişiniz hesablayırlar. Ya da sadəcə istifadə elədiyiniz 10 kubu birbaşa 1 manata vurmaq. Yox, gerçəkdən hökumət bu xidmətlər üzrə tarifləri fərqləndirirsə, istehlak normasını da fərqləndirmlədir. Tutaq ki, istehlakın 70%-i kanalizasiya, 30%-i digər istehlak üçün hesablanamalıdır. Tutaq ki, hər gün mənzildə bəslədiyimiz güllərə 30 litr, ay ərzində 1 kubmetr su istehlak edilir. Nəticədə axı biz bu istehlaka 1 manat ödəmiş oluruq axı, 70 qəpik yox. Yaxud biz ay ərzində 10 kub su istehlakının 7 kubunu gigiyenik məqsədlərlə istifadə etmişik. Bu halda axı 7 kub kanalizasiya tarifi olan 30 qəpiyə yox, 1 manata vurlur”.

Həmçinin oxuyun

Azərbaycana 400 min dozadan çox “AstraZeneca” vaksini ayrılıb

Azərbaycana COVAX beynəlxalq vaksin mexanizmi vasitəsilə 432 min doza “AstraZeneca” vaksini ayrılıb. Trend-in məlumatına görə, …