Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Sürüşmə zonasından son xəbər – Ailələr məktəbə sığınıb

Sürüşmə zonasından son xəbər – Ailələr məktəbə sığınıb

Xəbər verdiyimiz kimi, Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə hadisəsi baş verdiyi üçün ərazidə yaşayan sakinlərin  köçürülməsinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumatda 67 ailənin qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdirildiyi bildirilmişdi.

Ərazidə olan əməkdaşımızın verdiyi məlumata görə, 49 nömrəli məktəbdə yerləşdirilən təqribən 50-60 ailə yenidən 163 nömrəli məktəbə köçürülüb.

Məktəbdə sakinlər üçün otaqlara çarpayılar qoyulub, ailələr yeməklə təmin olunub.

Amma köçürmə komissiyasının nümayəndəsi bildirib ki, ailələr burada qalmaq istəmir. Onlar əşyalarını yığmaq üçün evlərinə getmək istəyirlər. Hazırda Bayıldakı ərazi polis nəzarətindədirvə oraya heç kim buraxılmır.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …