Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sürüşmə nəticəsində iki evə ziyan dəyib – VİDEO

Sürüşmə nəticəsində iki evə ziyan dəyib – VİDEO

Bakının Badamdar qəsəbəsində baş vermiş torpaq sürüşməsi nəticəsində bir ictimai iaşə obyektinə və iki fərdi yaşayış evinə ziyan dəyib.

Həmin evlərdə yaşayan sakinlər təxliyə edilib.

Sürüşmə zamanı “Mersedes” markalı avtomobil torpaq uçqunu altında qalıb. Xəsarət alan olmayıb.

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …