Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılır?

Sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdə pul yığılır?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə məktəblərdə pul yığılması barədə yayılan məlumatlara münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun Trend-ə verdiyi məlumata görə, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir. Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədilə BŞTİ-nin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb.

Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …