Şənbə , Yanvar 29 2022
Ana səhifə / Sosial / Sürücülük vəsiqəsi ilə bağlı rüsumlar artırıldı

Sürücülük vəsiqəsi ilə bağlı rüsumlar artırıldı

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılıb.

Bu, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

– Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

– Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.

Həmçinin oxuyun

Şagird özbaşınalığı baş vermiş məktəbdən AÇIQLAMA

Bir müddətdir sosial mediada məktəb şagirdlərinin foyedə qeyri-etik davranışını sərgiləyən video yayılıb.  Abşeron rayon təhsil …