Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sürücülərin Diqqətinə! Polis sizi izləyir (VİDEO)

Sürücülərin Diqqətinə! Polis sizi izləyir (VİDEO)

Bir neçə gün əvvəl Bakıda avtoxuliqanlıq edərək təhlükəli vəziyyətlər yaradan sürücünün bu əməlindən sonra polis yollara nəzarəti bir qədər də artırıb. Bakıda avtoxuliqanlıq edənlərin tez aşkar edilməsi üçün kameralar 24 saat izlənilir.
Təhlükəli hərəktlər edərək həm özlərini, həm də digər sürücüləri çətin vəziyyətdə qoyurlar.
Söhbət yol hərəkəti qaydasını pozaraq yol polisindən qaçan avtoxuliqanlardan gedir. Son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları belə sürücülərə qarşı nəzarəti gücləndirib.
Elə bunun nəticəsidir ki, ilin əvvəlindən bu günə kimi avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, həmin sürücülər inzibati həbs edilməklə yanaşı həm də bir illik sürücülük hüququndan da məhrum olublar.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …