Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Sürücülər diqqət: Burada maşın saxlayan cərimələnəcək – Video

Sürücülər diqqət: Burada maşın saxlayan cərimələnəcək – Video

Bakı Dəmiryolu Vağzalının yaxınlığında nəqliyyat vasitəsini park edərkən daha diqqətli olmaq tövsiyə edilir. Çünki, Bakı Nəqliyyat Agentliyi tərəfindən dayancaqdan bir neçə metr aralı, yəni yolun hərəkət hissəsində avtomobilini park edən sürücülərin cərimə olunmasına başlanılıb.

Sürücülər avtomobillərini yolun düz hərəkət hissəsində park ediblər. Elə bu səbəbdən də 2 hərəkət zolağından ibarət olan yolda hərəkət edən digər nəqliyyat vasitələri ya qarşı zolağa keçirlər, ya da yolda dayanaraq tıxaca səbəb olurlar.

Qeyd edək ki, həmin sürücülər inzibati xətalar məcəlləsinin 346.1-ci maddəsi ilə yəni, dayanma-durma qaydalarının pozulmasına görə 20 manat miqdarında cərimə edilirlər. Bununla yanaşı, hərəkətə maneə olan nəqliyyat vasitələri evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırlır. Mais Ağayev sürücüləri qaydalara əməl etməyi, xüsusi ilə də marşurt avtobuslarının hərəkətinə mane olmamağı tövsiyə edir.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …