Şənbə , May 25 2019
Ana səhifə / Sosial / Sürücülərin NƏZƏRİNƏ: Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının Yusif Səfərov küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər.

Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.

Həmçinin oxuyun

İndiyədək 12685 vərəsəyə birdəfəlik ödəmə verilib

İndiyədək 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək …