Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Sürücülərin nəzərinə: 50 manat cərimə – VİDEO

Sürücülərin nəzərinə: 50 manat cərimə – VİDEO

Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib. Texniki baxışa təqdim olunan avtomobillərin alt işlək hissələri də xüsusi vasitələrlə yoxlanışdan keçirilir. Əgər nasazlıq varsa, bu barədə sürücüyə məlumat verilir.

Bu arada polis avtomobilinin texniki baxış vaxtı çatan sürücülərə də müraciət edib.

Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli “Xəzər Xəbər”ə deyib ki, avtomobillərin texniki cəhətdən sazlığı yol hərəkəti təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. O, bəzi hallarda sürücülərin avtomobillərini texniki baxışa son gündə təqdim etmələrinin onlar üçün çətinliklər yaratdığını deyir.

Bu arada ramazan bayramı günlərində texniki müayinə mərkəzləri də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Qeyd edək ki, avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.

https://youtube.com/watch?v=alvZ8z6CLx0

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …