Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi (VİDEO)

Sürücülərin cərimələnməsi mexanizmi dəyişdi (VİDEO)

Avtomobilləri texniki baxışdan keçirmədən idarə etməyə görə təkrar cərimə tətbiq etmək üçün verilən müddət uzadılır.
Bununla bağlı Nazirlər Kabineti müvafiq əsasnamədə dəyişiklik edib.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əvvəllər bu müddət 10 gün idi. Müddətin uzadılmasının özünəməxsus səbəbləri var. Əsas səbəblərdən biri cərimələmə mexanizminin dəyişməsidir.
Ekspertin sözlərinə görə, bu qərarın verilməsi sürücülərin daha məsuliyyətli olmaları üçün bir işarədir.
Ekspert bildirib ki, Nazirlər Kabinetinin qərarı İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma xarakteri daşımaqla, qanunvericilik texnologiyasının təkmilləşdirilməsi anlamına gəlir.


Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …