Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Sosial / “Sürücülər vətəndaşları 30 qəpik olaraq görürlər” – Vüsal Kərimli

“Sürücülər vətəndaşları 30 qəpik olaraq görürlər” – Vüsal Kərimli

“Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bu gün çox ciddi sürücü problemi var”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, normalda 1 sürücü 8 saat işləməlidir.

“Bu hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq”. (Azvision.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Şadlıq saraylarının “balıq menyusu” tələsi

Qiymətləri süni artırır, dondurulmuş balıqları kabab kimi verirlər Azərbaycanda şadlıq evi biznesi cəmiyyətin ağrılı yeridir …