Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Sürücü piyadanı vurdu qaçdı, polis yaralını xəstəxanaya çatdırdı

Sürücü piyadanı vurdu qaçdı, polis yaralını xəstəxanaya çatdırdı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər – YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğlu və Səfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hazırda polis hadisəni törədən sürücünü axtarır.//Report

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …