Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / `Suriya erməniləri Qarabağa yerləşdirilir` – Miqrasiya Xidməti

`Suriya erməniləri Qarabağa yerləşdirilir` – Miqrasiya Xidməti

Cenevrədə səfərdə olan Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, F. Nəbiyev Azərbaycanda hökumət tərəfindən məcburi köçkünlər üçün yaradılmış şərait, yeni salınmış yaşayış kompleksləri, eyni zamanda həyata keçirilən digər sosial layihələr barədə danışıb.

F. Nəbiyev Azərbaycan hökumətinin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırdığını, ancaq bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxunun hələ öz həllini tapmadığını söyləyib: “9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu da Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır. Ermənilər beynəlxalq tribunalardan pafosla bəyan edirlər ki, onlar 20 000 suriyalı qaçqın qəbul ediblər. Maraqlıdır, bunların arasında heç olmasa on nəfər ərəb mənşəli qaçqın varmı?..”

Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın